Təhlükəsizlik Nişanları

Təhlükəsizlik nişanları təhlükənin qarşısını digər üsullarla ala bilmədikdə istifadə olunur. Nişanları qurmadan öncə iş verən təhlükənin kollektiv ehtiyat tədbirləri və digər təhlükəsizlik üsulları aradan qaldırıla biləcəyini araşdırmalıdır.

Yol Təhlükəsizliyi

Yol təhlükəsizliyi ləvazimatları istifadəçilərin ölümünün və ağır yaralanmalarının qarşını almaq üçündür. Bunlara sürət əleyhinə tramplin, yol konusları, sütunlu yol zəncirləri, yol maneələri və digər avadanlıqlar daxildir.

Axıntı dəstləri və Hopdurucular

Hər hansı maye təhlükəsindən müdafiə olunmaq üçün müxtəlif vəziyyətə nəzarət məhsullarını təqdim edirik. Bu məhsullar sağlamlıq və təhlükəsizliyiniz üçün vacibdir və təhlükə anında ilk müdafiə xəttinizdir.

Xilasetmə işləri üçün avadanlıq

Hündürlükdə və ya çətin şəraitdə işləyərkən ip və digər avadanlıqlardan istifadə edən texniki işçilər üçün iş yerində təhlükəsizliyin təmin edilməsi üçün xüsusi avadanlıq tələb edilir. İş yerindəki hündürlükdən yıxılmanı və ya digər qəza hallarının qarşısını alır.

Şirkət

Biz 2006-cı ildən sizin daha təhlükəsiz və sağlam iş şəraitində çalışmağınız üçün fəaliyyət göstərən ən güclü şirkətlərdən biriyik. Biz müxtəlif yerli və beynəlxalq istehsalçılarla çalışırıq. Şirkətimiz Avropa standartlarına cavab verir: ISO 9001: 2015, ISO 14001:2015 və BS OHSAS 18001: 2007. 2013-cü ildə şirkətimiz uğurla İnkişaf və İrəliləmə Proqramından (EDTP) uğurla keçmişdir.

MİSSİYA

Məqsədimiz çox sadədir. İşinizi təhlükəsiz şəraitdə görmək üçün lazım olan avadanlıqları zamanında təmin etmək. Müasir texnologiyaya uyğun bütün təhlükəsizlik avadanlıqlarını geniş seçim imkanı ilə və sürətli şəkildə təmin edərək müştərilərimizin istəklərini yerinə yetiririk. Biz dünyanın müxtəlif ölkələrindəki istehsalçılardan dəfələrlə sınaqdan keçmiş məhsullar təqdim edirik. Geniş seçim imkanı, ehtiyacınıza uyğun məhsulu tapmağınıza kömək edəcək.